Slimfit
  1. İDMAN

'Qarabağ'ın sabiq qapıçısı filmə çəkilir

'Qarabağ'ın sabiq qapıçısı filmə çəkilir
Sakura

'Qarabağ'ın sabiq qapıçısı filmə çəkilir

Cari mövsümün ilk hissəsini icarə əsasında "Qarabağ" klubunda keçirən, qış fasiləsində isə İtaliya təmsilçisi "Milan"a yollanan Asmir Beqoviç sənədli filmə çəkilir.

"Report" "klix.ba" nəşrinə istinadən xəbər verir ki, bosniya və herseqovinalı qapıçı millinin 20 illiyi münasibətilə filmdə yer alacaq.

Film gələn il yubileyini qeyd edəcək yığmanın sadiq azarkeşlərindən bəhs edir. Burada 32 yaşlı qolkiperlə yanaşı, yığmadan komanda yoldaşı, hazırda "Yuventus"da çıxış edən Miralem Pyaniçin də fikirlərinə yer veriləcək.

Çəkilişlərlə bağlı İtaliyaya yollanan rejissor Haris Dubitsa artıq sözügedən futbolçularla görüşüb: "Sevinirəm ki, Miralem dəyişməyib. Həmişəki kimi təvazökar, sakit və xeyirxahdır. Onunla müsahibədən xeyli maraqlı məlumat topladıq. Biz Asmirlə də söhbət etdik. Karyerası haqqında geniş məlumat verdi. Hər ikisinə təşəkkür edirəm".

Qeyd edək ki, Beqoviç müqavilə ilə İngiltərənin "Bornmut" klubuna məxsusdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR