Dərc edildi: Baxış sayı: 392
"Qarabağ"ın rəqibinin futbolçusu komanda yoldaşının həyatını xilas edib
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Sebaistian Koates komanda yoldaşının həyatını xilas edib.
"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, hadisə Portuqaliya Primeyrasının VII turunda “Portimonensi” ilə səfər oyununda baş verib.
28 yaşlı müdafiəçi komandanın qapıçısı Romen Salenin dirəklə toqquşmasından sonra ona ilkin yardım edib. Uruqvaylı oyunçu həmin anda həkimlərin müdaxiləsindən öncə əlini komanda yoldaşının ağzına salıb və dilinin qatlanmasının qarşısını alıb.
Qeyd edək ki, “Portimonensi” – “Sportinq” görüşü ev sahiblərinin qələbəsi ilə başa çatıb – 4:2.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət