Slimfit
  1. İDMAN

"Qarabağ"ın rəqibinin baş məşqçisi müəyyənləşib

"Qarabağ"ın rəqibinin baş məşqçisi müəyyənləşib
Sakura

"Qarabağ"ın rəqibinin baş məşqçisi müəyyənləşib

 "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Portuqaliya "Sportinq"inin yeni baş məşqçisi müəyyənləşib. 

"Repor" klubun saytına istinadən xəbər verir ki, Lissabon təmsilçisi Marsel Keyzerə həvalə olunub. 

44 yaşlı hollandiyalı mütəxəssis 2021-ci il iyun ayının 30-na kimi komandaya rəhbərlik edəcək. 

Qeyd edək ki, "Sportinq" noyabrın 5-də baş məşqçi Joze Pezeyrunu istefaya göndərib. Komanda sentyabrın 20-də "Qarabağ"la Lissabonda keçirdiyi görüşdə qələbə qazanıb - 2:0. Bu komandalar Bakıda noyabrın 29-da qarşılaşacaqlar. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR