Dərc edildi: Baxış sayı: 378
"Qarabağ"ın rəqibi "Vorskla" yoxlama görüşünə çıxır
Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi Ukraynanın “Vorskla” komandası yoxlama oyununda gücünü sınayacaq.
Axar.az xəbər verir ki, Ukrayna Premyer Liqasında yaranmış (UPL) fasilədən istifadə edən komanda yerli “Aleksandriya” klubu ilə qarşılaşacaq. Görüş sentyabrın 8-də “Ltava” stadionunda təşkil olunacaq.
Hazırda “Vorskla” UPL-də yeddinci, “Aleksandriya” isə ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” və “Vorskla” arasında ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Ukrayna təmsilçisi “Qarabağ”ı noyabrın 8-də qəbul edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət