Dərc edildi: Baxış sayı: 415
"Qarabağ"ın rəqibi Bakıya məğlub gəlir
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vorskla" Ukrayna Premyer Liqasında növbəti oyununu keçirib.
Qol.az-ın xəbərinə görə, Poltava təmsilçisi 12-ci turda Kiyev “Dinamo”sunu qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolu 40-cı dəqiqədə Viktor Tsyaqonkov vurub.
Qeyd edək ki, “Vorskla” 18 xalla 4-cü pillədə qərarlaşıb. “Dinamo” 29 xalla 2-cidir. Turnir cədvəlinə 31 xalla Donetsk “Şaxtyor”u başçılıq edir.
Xatırladaq ki, "Qarabağ" Avroliqada növbəti oyununu oktyabrın 25-də, Bakıda məhz "Vorskla" ilə keçirəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət