Dərc edildi: Baxış sayı: 500
"Qarabağ"ın qapıçısı İsveçrə və Belçika yığmaları ilə oyunlara çağırılıb
“Qarabağ”ın qapıçısı Hannes Halldorsson UEFA Millətlər Liqasının oyunları üçün İslandiya millisinə çağrılıb.
“Report” xəbər verir ki, 34 yaşlı qokiper komandanın yeni baş məşqçisi Erik Hamrenin dəvət göndərdiyi 23 oyunçu sırasında yer alıb.
Qeyd edək ki, Halldorsson 2018-ci il dünya çempionatından sonra Danimarkanın “Rannes” klubundan “Qarabağ”a transfer olunub. İslandiya millisi Millətlər Liqasında sentyabrın 8-də İsveçrə, 11-də isə Belçika yığması ilə qarşılaşacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət