Slimfit
  1. İDMAN

'Qarabağ'ın oyununda təxribat törədən ermənilər stadiondan uzaqlaşdırılıblar

'Qarabağ'ın oyununda təxribat törədən ermənilər stadiondan uzaqlaşdırılıblar
Sakura

'Qarabağ'ın oyununda təxribat törədən ermənilər stadiondan uzaqlaşdırılıblar

Ermənilər "Qarabağ"ın Avropa Liqasındakı oyununda növbəti dəfə təxribata əl atıblar.

"Report"un İspaniyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Ağdam təmsilçisinin səfərdə "Sevilya"ya 0:2 hesabı ilə uduzduğu matç zamanı "Ramon Sançes Pisxuan" stadionunda erməni bayrağı asılıb.

Azərbaycanın İspaniyadakı diasporunun üzvlərinin sərt etirazından sonra nəinki bayraq yığışdırılıb, həmin ermənilər də tribunadan uzaqlaşdırıblar.

Qeyd edək ki, “Qarabağ”ın oktyabrın 3-də Lüksemburqda “Düdelanj”la görüşünün 30-cu dəqiqəsində ikinci qolundan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib. Matç "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 4:1.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR