Dərc edildi: Baxış sayı: 527
"Qarabağ"ın oyun günü 20 minə yaxın sərnişin daşınıb
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Arsenal” futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri yerinə yetirib.
Agentlikdən Axar.az-a bildirilib ki, oktyabrın 4-də keçirilən oyun günü Bakı Olimpiya Stadionundan müəyyən olunmuş istiqamətlərdə (metronun “Qara Qarayev”, “28 May” stansiyalarına) fəaliyyət göstərən ekspres xətt avtobusları ilə ümumilikdə 18265 sərnişin daşınıb. Prosesə 260 sərnişin avtobusu cəlb edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət