Slimfit
  1. İDMAN

'Qarabağ'ın müdafiəçisi: 'Millətlər Liqası bizim üçün asan olmayacaq'

'Qarabağ'ın müdafiəçisi: 'Millətlər Liqası bizim üçün asan olmayacaq'
Sakura

'Qarabağ'ın müdafiəçisi: 'Millətlər Liqası bizim üçün asan olmayacaq'

"Yaxşı qrupa düşmüşük. Birinci yeri tutmaq üçün şanslarımız var".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan yığmasının futbolçusu Rahil Məmmədov UEFA Millətlər Liqasının püşkünün nəticəsini dəyərləndirərkən deyib.

"Qarabağ" klubunda çıxış edən 25 yaşlı müdafiəçi rəqiblərin heyətində məşhur futbolçuların olmasından narahatlıq keçirmədiyini bildirib.

Ağdam təmsilçisi bu mövsüm Avropa Liqasında Lüksemburqun "Düdelanj" və Kiprin APOEL klubu ilə eyni qrupda çıxış edib. Məmmədov bunun onlar üçün əlavə üstünlük olmadığını söyləyib: "Düşünürəm ki, qrupdakı bütün rəqiblər eyni səviyyədədir. Hansısa yığmanı digərindən üstün tuta bilmirəm. Amma Avropa Liqasında APOEL "Düdelanj"a nisbətən daha yaxşı təsir bağışlayırdı".

Müdafiəçi Millətlər Liqasının 2018/2019 mövsümünün də Azərbaycan millisi üçün asan alınmadığını deyib: "Ümumiyyətlə, hazırda rahat rəqib yoxdur. Millətlər Liqasındakı ilk iştirakımız asan olmadı. İndi də bizim üçün asan olmayacaq. Sadəcə mübarizə aparmalıyıq. Yaxşı oyun sərgiləməklə lazım olan nəticəni qazana bilərik".

Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda Kipr, Lüksemburq və Monteneqro ilə üz-üzə gələcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR