Slimfit
  1. İDMAN

"Qarabağ"ın matçını idarə etməli olan hakim koronavirusa yoluxub

"Qarabağ"ın matçını idarə etməli olan hakim koronavirusa yoluxub
Sakura

"Qarabağ"ın matçını idarə etməli olan hakim koronavirusa yoluxub

Qazaxıstanlı baş hakimin assistenti Sergey Kalaçev "Qarabağ" ilə "Şerif" arasındakı oyunu idarə etməli idi.

Teymur Tuşiyev. Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Ağdamın "Qarabağ" və Moldovanın "Şerif" klubları arasında keçiriləcək matçın qazaxıstanlı hakiminin koronavirus testi müsbət nəticə verib.

Ens.az Sputnik.Az-a istinadən xəbər verir ki, bu barədə "Kazfootball" saytı yazır.

Görüşü Furkat Atajanov başda olmaqla Qazaxıstandan olan hakimlər briqadası idarə etməli idi. Lakin baş hakimin Atıraudan olan assistenti Sergey Kalaçevdə koronavirus aşkar edilib. Bu səbəbdən Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Azərbaycan və Moldova çempionları arasında oyunu idarə etməli olan hakimlər briqadasını əvəzləyib.

Qazaxıstanlıların əvəzinə Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyununu Nikolay Balakinin başçılığı ilə Ukraynadan olan hakimlər idarə edəcək. Matç avqustun 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR