Slimfit
  1. İDMAN

"Qarabağ"ın matçında təxribat: Nazir üzr istədi

"Qarabağ"ın matçında təxribat: Nazir üzr istədi
Sakura

"Qarabağ"ın matçında təxribat: Nazir üzr istədi

2019.10.03 - 23:30

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qarabağ"la "Düdelanj" matçında təxribata yol verilib.

Axar.az xəbər verir ki, "Qarabağ" ikinci qolu rəqib komandanın qapısından keçirdikdən sonra meydanın ortasında dron vasitəsilə qondarma Dağlıq Qarabağ rejiminin bayrağı dalğalandırılıb.

Hazırda davam edən matçda fasilə yaranıb. "Qarabağ"ın oyunçuları təxribata etirazlarını bildiriblər. Hakim matçı qeyri-müəyyən müddətə təxirə salıb.

***

Müəyyən təhlükəsizlik tədbirləri görüldükdən sonra "Düdelanj"la "Qarabağ"ın matçı artıq bərpa edildi.

 

***

Matçın bərpa edilməsinin səbəbi açıqlanıb.

Lüksemburqun İdman nazirinin üzrxahlığından sonra görüş bərpa edilib.

Oyun qaldığı yerdən, 31-ci dəqiqədən etibarən oynanılıb. Hazırda görüşün ilk hissəsi başa çatıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR