Dərc edildi: Baxış sayı: 434
"Qarabağ"ın keçmiş futbolçusu Azərbaycana yox, Braziliyaya qayıdıb
Braziliyanın "İnter de Limeyra" klubu "Qarabağ"ın sabiq futbolçusu Çumbinyo ilə müqavilə bağlayıb.
"Report"un məlumatına görə, 33 yaşlı yarımmüdafiəçinin son klubu Yunanıstan "Levadiakos"u olub. O, "Qarabağ"da 2013 - 2015-ci illərdə çıxış edib.
Çumbinyonun yenidən Azərbaycan Premyer Liqasında çıxış etmək variantı olub. "Sambaçı" "Səbail" klubuna təklif olunsa da, transfer alınmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət