Dərc edildi: Baxış sayı: 442
'Qarabağ'ın futbolçusu karyerasını Polşa və ya İtaliyada davam etdirə bilər
“Qarabağ”ın futbolçusu Simeon Slavçev karyerasını Polşada davam etdirə bilər.
“Report” “Top Sport” portalına istinadən xəbər verir ki, 26 yaşlı bolqarıstanlı yarımmüdafiəçi ilə “Lex” klubu maraqlanır. Agentinin onu İtaliyanın A və B Seriyasında çıxış edən klublara da təklif etdiyi bildirilir.
Qurban Qurbanovun son vaxtlar “11-lik”də yer vermədiyi legioneri Bolqarıstanın “Levski” klubunun da istədiyi vurğulanır.
Qeyd edək ki, “Qarabağ” Simeon Slavçevlə 2018-ci ilin iyulunda 3 illik müqavilə imzalayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət