Slimfit
  1. AZƏRBAYCAN

“Qarabağ”ın futbolçusu İngiltərə ilə matça çağırıldı

“Qarabağ”ın futbolçusu İngiltərə ilə matça çağırıldı
Sakura

“Qarabağ”ın futbolçusu İngiltərə ilə matça çağırıldı

 Bolqarıstan millisinin baş məşqçisi Krasimir Balakov oktyabrın 11-də Monteneqro ilə Podqoritsada, oktyabrın 14-də İngiltərə ilə Sofiyada keçiriləcək seçmə mərhələnin oyunları üçün xaricdən çağıracağı legionerlərin adlarını açıqlayıb.

Bolqarıstan Futbol İttifaqının saytı xəbər verir ki, legionerlər arasında “Qarabağ”ın mərkəz yarımmüdafiəçisi Simeon Slavçev də var.

Digər doqquz idmançı bunlardır: İvelin Popov (“Rostov”, Rusiya), Kiril Despodov (“Şturm”, Avstriya), Straxil Popov (“Kasımpaşa”, Türkiyə), Vasil Bojikov (“Slovan”, Slovakiya), Georgi Kostadinov (“Arsenal”, Rusiya), Bojidar Kraev (“Jil Visente”, Portuqaliya), Georgi Sarmov (“Xemnitser”, Almaniya), Georgi Paşov (“Ararat”, Ermənistan), Kamen Hacıyev (“Akademia Puşkaş”, Macarıstan).

Qeyd edək ki, Bolqarıstan millisinin yerli çempionatdan çağırılacaq oyunçularının gələn həftənin əvvəlində açıqlanması gözlənilir.

Səbuhi Musayev

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR