Dərc edildi: Baxış sayı: 453
“Qarabağ”ın cavab oyununa hakim təyinatları açıqlandı
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Dundalk” cavab oyunu üçün hakim təyinatları açıqlanıb.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, "Dalğa Arena"da keçiriləcək matçın baş hakimi Norveç Futbol Federasiyasından Svein Oddvar Moen olacaq. Ona Magnus Lundberg və İsaak Elias Skyeset Başevkin köməklik edəcək. Dördüncü hakim funksiyasını Sigurd Kringstad yerinə yetirəcək.
Qeyd edək ki, "Qarabağ" - "Dundalk" cavab görüşü iyulun 31-i yerli vaxtla 21:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun isə sabah İrlandiyada keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət