'Qarabağ'ın avrokuboklardakı potensial rəqibləri ilk oyunlarını keçirəcəklər
Bu gün 2019/2020 avrokubok mövsümündə III təsnifat mərhələsinin oyunlarına start veriləcək.
"Report"un məlumatına görə, Çempionlar Liqasında (ÇL) 5, Avropa Liqasında isə 3 görüş baş tutacaq.
Azərbaycan çempionu "Qarabağ" ÇL-in III təsnifat mərhələsinin ilk oyununda Kiprdə APOEL-in qonağı olacaq.
Bu gün həmçinin Ağdam təmsilçisinin ÇL-in pley-offundakı potensial rəqibləri də üz-üzə gələcək. Yunanıstanın PAOK kollektivi Hollandiya çempionu "Ayaks"ı qəbul edəcək. "Köhlən atlar" mərhələ adlayacağı təqdirdə bu komandalardan biri ilə qarşılaşacaq.
Qurban Qurbanvun baş məşqçisi olduğu komandanın Avropa Liqasındakı potensial rəqibləri də görüşəcək. Ağdam klubu APOEL səddini aşa bilməsə, Avropa Liqasının pley-offunda "Sutyeska" (Monteneqro) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi üz-üzə gələcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
21:00. APOEL (Kipr) - "Qarabağ" (Azərbaycan)
21:00. PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya)
22:00 "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan)
22:30. "Brügge" (Belçika) - "Dinamo" (Kiyev, Ukrayna)
22:45. "Srvena Zvezda" (Serbiya) - "Kopenhagen" (Danimarka)
Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
19:00. "Ararat" (Ermənistan) - "Saburtalo" (Gürcüstan)
20:00. "Riqa" (Latviya) - HİK (Finlandiya)
22:15. "Sutyeska" (Monteneqro) - “Linfild" (Şimali İrlandiya)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət