“Qarabağı azad etmək üçün Ordu ilə yanaşı mobil qüvvələrdən də istifadə etməliyik” — Millət vəkili
“Ölkə.Az” xəbər verir ki, bunu 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı müzakirələr zamanı deputat Fərəc Quliyev deyib. O, bildirib ki, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində müəssisələr, obyektlər tikirlər. Bunun qarşısının alınması yolları var.
Millət vəkili bu məqsədlə büdcədən əlavə vəsait ayrılmasını təklif edib:
“Həmin mobil qüvvələr üçün məcburi köçkünlərdən istifadə etmək daha məsdəuyğundur. Çünki onlar həmin əraziləri daha yaxşı tanıyırlar. Əlbəttə ki, biz ordumuza inanırıq. Ancaq Türkiyə və digər dövlətlərin təcrübəsində də bundan istifadə edilir. Hesab edirəm ki, Azərbaycan da bundan istifadə etməlidir. Bunun üçün vəsait ayrılmalıldır. Biz hansı vasitə ilə olur-olsun bu məslələrə son verməliiyk”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət