Dərc edildi: Baxış sayı: 539
"Qarabağ"dan Fabbrini açıqlaması
"Qarabağ" italiyalı yarımmüdafiəçi Dieqo Fabbrininin Ağdam təmsilçisinə keçəcəyi ilə bağlı İtaliya mətbuatda çıxan xəbərlərə münasibət bildirib.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a açıqlamasında məlumatı təkzib edib. O, 28 yaşlı futbolçunun "Qarabağ"ın maraq dairəsində olmadığını söyləyib:
"Dieqo Fabbrini ilə heç vaxt maraqlanmamışıq. Ümumiyyətlə, o futbolçunun adı bizim transfer siyahımızda olmayıb".
Qeyd edək ki, İtaliya mətbuatı mövsümün sonunda Rumıniyanın "Botoşani" klubundan ayrılan Fabbrinin "Neftçi" və "Qarabağ"ın maraq dairəsində olduğunu yazıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət