Slimfit
  1. AZƏRBAYCAN

Qarabağdan başqa, Laçın və Kəlbəcər… - İrəvanın 2 rayonla bağlı şok planı

Qarabağdan başqa, Laçın və Kəlbəcər… - İrəvanın 2 rayonla bağlı şok planı
Sakura

Qarabağdan başqa, Laçın və Kəlbəcər… - İrəvanın 2 rayonla bağlı şok planı

Ermənsitan kütləvi informasiya vasitələrində Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Sidney adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barəsində məlumat verilir. Azərbaycan XİN-dən verilən açıqlamada bildirilir ki, danışıqlar prosesinin ruhuna, MDB-nin Düşənbə sammiti əsnasında aparılmış müzakirələrə zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətin davam etdirilməsi münaqişənin həlli istiqamətində beynəlxalq səylərə xələl gətirir.

Publika.az-a müsahibəsində politoloq Elnur Soltan mövzunu şərh edib.

- Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin uzanması ilə yanaşı, Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində məskunlaşmanı davam etdirməsi gələcəkdə hansı nəticələr doğura bilər?

- Ermənilərin bir müdafiə cəfəngiyatı var ki, Dağlıq Qarabağ ətrafında işğal olunan torpaqlar müdafiə xəttinin yaradılmasına xidmət edir, yaxud da təhlükəsizlik qarantiyası verilsə, məsələ həll oluna bilər. Bunlar absurd və cəfəng fikirlərdir. Qarantiya hər zaman, xarici ölkələrin dəstəyi ilə də verilə bilər və bunun üçün əlavə torpaqları işğal etməyə ehtiyac yoxdur. Məskunlaşmanı ermənilərin ortaya atdığı təhlükəsizlik konsepsiyası ilə izah etmək mümkün deyil, məskunlaşmanın bununla heç bir əlaqəsi yoxdur. De-fakto ermənilərin əsas məqsədinin işğal prosesini tamamlamaqdır. Bunun başqa heç bir izahı ola bilməz, varsa versinlər. Oturub qəribə və beynəlxalq rezonans yaradan adlar fikirləşərək bunu daha da asanlaşdıracağını düşünməsinlər. Səs-küy qaldırmaq, izah tələb etmək lazımdır. Amma digər tərəfdən, nə eləyirlərsə eləsinlər, nəticə etibarilə bizə qalacaq. Bunu rahatlatmaq üçün demirəm, çox təhlükəli bir trenddir. Amma eyni zamanda bəzən fikirləşirəm ki, orada infrastrukturun inkişaf etdirilməsi gələcəkdə işğaldan azad ediləcək torpaqlarda Azərbaycanın xərcləyəcəyi maliyyə yükünü bir az azaltmış olacaq. Onların qurduğu, yaratdığı bütün infrastruktur Azərbaycan insanına qalacaq. Əslində ermənilərə qarşı apardığımız kampaniyada, psixoloji müharibədə bizə çox yaxşı bir kart verir və bundan lazımınca istifadə etmək lazımdır.

- Bir neçə il əvvəl ATƏT-in monitoriqn missiyası işğal olunmuş ərazilərdə məskunlaşma ilə bağlı vəziyyətə dair hesabat hazılamış və sənəddə Azərbaycan üçün əhəmiyyətli olan bir sıra məqamlar əksini tapmışdı. İndi analoji monitorinqin keçirilməsi ATƏT, yaxud da BMT-dən tələb oluna bilərmi?

- Məncə, çox yaxşı fikir olar. Beynəlxalq qurumlar içində ATƏT bu məsələdə liderlik etsə də, BMT-ni də prosesə cəlb etmək olar. Açıq bir izah tələb etmək olar ki, bu məskunlaşma hansı strateji planın tərkib hissəsidir? Nəzarət etməkdə belə çətinlik çəkdikləri ərazilərdə məskunlaşma sosial siyasətin tərkib hissəsi olar bilməz, bu ancaq işğalçılıq siyasətini əbədiləşdirmək, “oldu-bitdi” halına gətirmək, başqaları qarşısında geridönməz proses olduğu siqnalı verməkdən ibarətdir. Əgər budursa, bunun hüquqda, nə beynəlxalq prinsiplərdə heç bir əsası yoxdur. Bu, bizim əlimizə əlavə kart verir və bundan istifadə etmək lazımdır.

- Məskunlaşmanın arealına diqqət yetirəndə, prosesin Laçın və Kəlbəcərdə daha aktiv getdiyini görmək olar…

- Laçın və Kəlbəcər çıxış nöqtələridir. İşğal olunmuş torpaqlar ilk dəfə Laçın üzərindən birləşdirildi və məşhur Laçın dəhlizi hadisəsi də bundan qaynaqlanır. İkinci xətt Kəlbəcərdən açıldı. Faktiki olaraq Ermənistanla işğal olunmuş torpaqlar arasında əsas iki infrastruktur xətt var. Laçında başladı, Kəlbəcərdə mövcud idi və onu genişləndirdilər. Bu, ermənilərin işlərini hərbi cəhətdən asanlaşdırdı.Danışıqlar prosesində ən mühüm məsələlərdən biri Laçın dəhlizi ilə bağlıdır. Ermənilər dəhlizi hər vəhclə əllərində saxlamaq istəyirlər. Danışıqların tənzimlənməsi prosesi ətrafında yeddi rayonla yanaşı, altı, hətta beş rayon söhbətləri gedir. Beş rayon söhbəti ona görə gedir ki, ermənilər yavaş-yavaş Laçının böyrünə Kəlbəcəri də əlavə etmək istəyirlər. Gələcəkdə heç bir şəkildə 5 rayonu saxlamaq üçün əsaslarının olmadığını bilirlər, amma Dağlıq Qarabağdan başqa, Laçın və Kəlbəcəri də özlərində saxlamaq kimi absurd xəyalları və gülməli planları var. Bu baxımdan, əsas məskunlaşma enerjisini Laçın və Kəlbəcərə sərf edəcəklər ki, həm Azərbaycanı, həm beynəlxalq ictimaiyyəti fakt qarşısında qoysunlar.

- Ermənistan daxilində də maraqlı proseslər baş verir. Bu ölkənin sabiq prezidenti Robert Koçaryan öz partiyasını yaratmağa və müxalifətə getməyə hazırlaşdığını bəyan edib. Bu hadisə işğalçl ölkədə daxili siyasi proseslərə necə istiqamət verə bilər?

- Dəstəkləmək lazımdır, qoy, Ermənistan siyasətinə gəlsin. İşğal nəticəsində yaranan indiki qarşıdurmanı nə qədər körükləmək mümkündürsə, o qədər körükləmək lazımdır. Paşinyanın gücü bu gün artmaqdadır və bu, Koçaryan üçün şəxsi məsələyə çevrilir. Paşinyan üçün də şəxsi məsələ idi, çünki 2008-ci ildə Koçaryanın vaxtında həbsxanaya atılmışdı və aralarında şəxsi ədavət var. Bu şəxsi ədavətin alovlanmasının, Köçaryanın siyasətə daxil olmasının tərəfdarıyam. Daxildə işğalın yaratdığı və partlamaması mümkün olmayan siyasi və iqtisadi böhranın ortaya çıxmış formasını çox təqdir edirəm, eyni zamanda onun davamını arzulayıram. Bu mənada, kifayət qədər ciddi fiqur olan Koçaryanın siyasətə qayıtması indiki daxili münaqişəni bir az da qızışdıracaq. Gələcək parlament seçkiləri olsa belə, burada bir partiyanın üstünlük qazanmasını əngəlləmə ehtimalını artıracaq və bu ikitirəlik, bu bölünmüşlük davam edəcək. Bunun davam etdiyi bütün ssenarilər Azərbaycan üçün yaxşı ssenarilərdir.

- Hesab etmək olarmı ki, Koçayran Moskvadan dəstək barədə konkret zəmanət almadan belə bir fikrə düşməzdi?

- Çox güman ki, Moskva ilə məsləhətləşib. Çünki, Koçaryan Moskvaya çox yaxın adamdır və bunu Rusiya ilə məsləhətləşmədən elədiyini düşünmək doğru olmaz. Amma burada nə dərəcədə idarəçilik var, nə dərəcədə daha böyük strategiyanın tərkib hissəsidir, bunu bilmirəm. Amma hesab edirəm ki, Koçaryan indiki qarışıq vəziyyətdə başqa dövlətlərin də əlində saxlamaq istədiyi kartlardan biridir. Çünki, siz qalibin kim olduğu məlum olmayan mühitlərdə qələbə şansınızı artıracaq addımlar atarsınız ki, gələcəkdə o potensialı müxtəlif konfiiqurasiyalarda istifadə edəsiniz. Buna görə də Koçaryan hadisəsi gələcəkdə, amma hələlik qeyri-müəyyən olan oyunda bir tərəfin öz dayaqlarını artırma cəhdləridir ki, gələcəkdə bundan bu və ya digər şəkildə istifadə etməyə çalışsın. Koçaryanın gəlməsi onun növbəti seçkilərdə iştirak edəcəyi anlamına gəlməz, amma bu Paşinyanın qarşısındakı qrupun bir az da güclənməsi anlamına gəlir. Bundan həm daxildə, həm də xaricdə biriləri istifadə edə bilər. Amma dediyim odur ki, Azərbaycan prizmasından baxanda da bu yaxşı hadisədir. Qarşıda parlament seçkiləri var və parlamentə nə qədər çox partiya girsə, hökumət o qədər qeyri-stabil olur. Torpağı işğal olunan bir dövlətin prizmasından baxanda, bu, bizim üçün yaxşı xəbərdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR