Slimfit
  1. SİYASƏT

"Qarabağdakı ermənilər seçim etməlidirlər" - Aydın Mirzəzadə

"Qarabağdakı ermənilər seçim etməlidirlər" - Aydın Mirzəzadə
Sakura

"Qarabağdakı ermənilər seçim etməlidirlər" - Aydın Mirzəzadə

Dünən, aprelin 18-də Prezident İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verib.

Prezident müsahibə zamanı bəyan edib ki, Qarabağdakı ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, Prezidentin dünənki müsahibəsi yenə də çox aktual məsələlərə münasibətdə zəngin idi.

Onun sözlərinə görə, diqqəti cəlb edən bu gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı ərazidə yaşayan erməni əsilli insanlarla bağlı idi:

"Bununla bağlı vaxtaşırı cənab Prezidentimiz münasibət bildirir və həmişə həmin insanlara da digər Azərbaycan vətəndaşları kimi münasibət bəslənəcəyi, hüquq və azadlıqları qorunacaqları bildirilir. Dünən yenə də bu fikir öz təsdiqini tapdı. Çox düzgün olaraq dövlət başçısı bəyan etdi ki, Qarabağda yaşayan insanların məsələsi Azərbaycanın daxili işidir. Heç kəsin buna qarışmağa ixtiyarı yoxdur. Bildirdi ki, orada yaşayan insanlar ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər və yaxud da yaşamaq üçün başqa yer seçməlidirlər. Ermənistanın Azərbaycana qarşı 1988-ci ildə başladığı hərbi əməliyyatlar nəticəsində həmin insanların hüquqi mənsubiyyəti müəyyən edilməyib və onlar bu gün vətəndaşlığı olmayan insanlardır. Azərbaycan isə konstitusiya daxilində onlara vətəndaşlığı qəbul etməyi və yaxud da öz hüquqi statusunu müəyyənləşdirməyi təklif edir. Onlar seçim etməlidirlər. Düzdür, iş burasındadır ki, həmin bölgənin separatçıları sadə əhalinin mövqeyini bildirməyə imkan vermirlər. Sadə əhali isə ya uşaqlarını götürüb Şuşa tərəfə gələrək iş istəyirlər, ya xəstələrin müalicəsi üçün müraciət edirlər və yaxud da ki, sosial şəbəkədə vaxtaşırı orada yaşayan insanların Azərbaycanla bağlı düzgün fikrinə rast gəlmək olur".

A.Mirzəzadə hesab edir ki, İlham Əliyevin dünənki bəyanatı bir daha göstərdi ki, Azərbaycan öz ərazisində suveren hüquqlarını həmişə qoruyacaq və bu ərazidə yaşayan vətəndaşların şəraitinin yüksək səviyyədə olması üçün maksimum tədbirlər görəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR