Slimfit
  1. İDMAN

““Qarabağ”da oynamaq üçün bunu etmişdim, yenə edərəm” — Beqoviç

““Qarabağ”da oynamaq üçün bunu etmişdim, yenə edərəm” — Beqoviç
Sakura

““Qarabağ”da oynamaq üçün bunu etmişdim, yenə edərəm” — Beqoviç

“Qarabağ”la icarə müqaviləsi başa çatdıqdan sonra "Bornmut"a qayıdan Asmir Beqoviçin “Aston Villa” və ya “Vest Hem”ə transferi yubanır.

Qafqazinfo” xəbər verir ki, komandanın baş məşqçisi Eddi Hou bosniyalı qolkiperin Premyer Liqada qalmaq uğrunda mübarizə apardıqları rəqiblərə verilməsini istəmir. "Aston Villa" və "Vest Hem" 32 yaşlı qolkiperin transferi üçün yarışsa da, problemlə üzləşiblər. Eddi Hounun qərarı bosniyalı qapıçını məyus edib.

Beqoviç "Bornmut"da qalmaq istəmir. Onun Eddi Hou ilə münasibəti qaydasında deyil. 32 yaşlı qolkiper başqa klubda daim oynamaq üçün həftəlik maaşının 110 min funt-sterlinqə endirilməsinə hazırdır. Lakin bunun üçün ona klub da kömək etməlidir. Nəşrdə Beqoviçin fikirlərinə də yer verilib: “Qarabağ”da oynamaq üçün bunu etdim, yenə də edərəm”.

“Aston Villa” və “Vest Hem” Beqoviçi transfer edə bilməsə, Türkiyənin I Liqasında çıxış edən “Ərzusumspor”un qapıçısı İbrahim Şehiçi almağa çalışacaqlar. Yayda müqaviləsi başa çatacaq 31 yaşlı bosniyalı qapıçını qışda 1,5 milyon funt-sterlinqə transfer etmək mümkün olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR