Slimfit
  1. SİYASƏT

“Qarabağda müharibə heç vaxt bu qədər yaxın olmamışdı...”

“Qarabağda müharibə heç vaxt bu qədər yaxın olmamışdı...”
Sakura

“Qarabağda müharibə heç vaxt bu qədər yaxın olmamışdı...”

Dağlıq Qarabağ münaqişəsinə dair hazırda dayanmış danışıqlar prosesi ətrafındakı vəziyyət o cümlədən Ermənistanın ekspert və siyasi çevrələrində ciddi müzakirə olunur.

Virtualaz.org xəbər verir ki, həmin çevrələrdə müharibə xofu getdikcə artır. Hesab edirlər ki, Qarabağda irimiqyaslı müharibə heç vaxt bu qədər yaxın olmamışdı. Çünki danışıqların dayandığını hər iki tərəf təsdiq edir, vasitəçilər də bunu təsdiqləyir. İndi nəinki danışıqlar, heç danışıqların imitasiyası da yoxdur.

Erməni politoloq Yervand Bozoyan yaranmış situasiyanı kifayət qədər təhlükəli sayır. “Son 20 ildə vəziyyət heç vaxt indiki kimi pis olmamışdı. Biz hamımız dərk edirik ki, danışıqlar ciddi uğur gətirmir, amma detalların müzakirəsi, tərəflərin mövqelərinin təqdim edilməsi, fikir mübadiləsi və mümkün nizamlama sxemlərinin hazırlanması üçün vacib idi”,-o “Sputnik Armenia” agentliyinə açıqlamasında deyir.

 

Bozoyanın fikrincə, bu gün erməni cəmiyyəti münaqişənin həllinə hazır deyil, amma müharibə də istəmir.

Ekspert danışıqlar prosesinin dayandırılmasında Ermənistan hakimiyyətinin rolunu təsdiq edib. Bildirib ki, baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” bəyanatını və Azərbaycan prezidenti İlham Əliyevin ona cavab olaraq Soçidə “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını standart hesab etmək olmaz. Onun sözlərinə görə, indi Paşinyan beynəlxalq ictimaiyyəti əmin etməyə çalışır ki, həmin bəyanat daxili auditoriyaya hesablanmışdı.

Bozoyan hesab edir ki, danışıqlar prosesinin dayandırılması Bakıya hərbi əməliyyatlara başlamaq üçün mənəvi hüquq qazandıra bilər. Çünki hərbi əməliyyatlara başlamaq üçün təkcə hərbi üstünlüyün olması kifayət deyil, bunun üçün beynəlxalq ictimaiyyətin neytral qalması da vacibdir.

Ekspert əlavə edir ki, Ermənistan hakimiyyəti daxili auditoriyaya ünvanlanmış bəyanatlar verməli deyil, çünki belə bəyanatlar xarici siyasətə zərbə vurur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR