Dərc edildi: Baxış sayı: 388
“Qarabağ”da Mahir şoku
Son Azərbaycan çempionu "Qarabağ" ciddi itki ilə üzləşib.
"Qafqazinfo" xəbər verir ki, Ağdam klubunun hücumçusu Mahir Emreli sıradan çıxıb.
Premyer Liqanın 10-cu turu çərçivəsində keçirilən "Neftçi" ilə oyunda zədələnən gənc futbolçu 4 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, bu səbəbdən Avropa Liqasında APOEL və "Sevilya" ilə səfər matçlarını da buraxmaq məcburiyyətində qalacaq.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət