Dərc edildi: Baxış sayı: 642
Qarabağda koronavirusdan ilk ölüm halı qeydə alınıb
Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində koronavirusa yoluxanlar arasında ilk ölüm halı qeydə alınıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə məlumatı qondarma rejimin “Səhiyyə Nazirliyi” yayıb.
Məlumata görə, ölən şəxs 90 yaşında olan bir qadındır.
Ümumilikdə bölgədə koronavirusa yoluxanların sayı 212 nəfərdir. Onlardan 149-u sağalıb.
Bildirilib ki, işğal altında olan ərazidə 125 nəfər karantinə alınıb, 4 691 koronavirus testi aparılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət