Dərc edildi: Baxış sayı: 552
Qarabağda iki DOST mərkəzi açılacaq
“Qarabağda “Qarabağ dost proqramı” çərçivəsində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST mərkəzlərinin açılması planlaşdırılır”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.
O qeyd edib ki, DOST mərkəzin filialının biri Şuşa şəhərində açılacaq:
“Digər mərkəz isə Cəbrayıl, yaxud Füzuli rayonunda ola bilər. Amma hansı rayonda mərkəzin açılması ilə bağlı son qərar verilməyib”.
F.Məmmədov əlavə edib ki, 2022-ci ildə Sumqayıt və Gəncədə DOST mərkəzlərinin açılması planlaşdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət