Slimfit
  1. AZƏRBAYCAN

Qarabağda “əsir düşən” Azərbaycan xalçası ilə bağlı film çəkilib

Qarabağda “əsir düşən” Azərbaycan xalçası ilə bağlı film çəkilib
Sakura

Qarabağda “əsir düşən” Azərbaycan xalçası ilə bağlı film çəkilib

Qarabağda “əsir düşən” Azərbaycan xalçası ilə bağlı sənədli film çəkilib.

Bu barədə "Report"a “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Uçan xalçanın nağılı” adlı sənədli film AZTV-nin “Bədii və sənədli filmlər” studiyasında hazırlanıb. Minillik tariximizin rəngli yaddaşı olan xalçaların vətənə dönüşü haqqında çəkilən ekran əsərinin rejissoru Nurlana Bürhanzadə, ssenari müəllifi Şəfəq Sultan Əlixanlı, operatoru isə Elxan Rüstəmovdur. Filmdə həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizə qaytarılan xalçalardan da bəhs olunur.

Qeyd edək ki, Qarabağda “əsir düşən” “Baxçada güllər” xalçası ABŞ-ın Los-Anceles şəhərində hərraca çıxarılmasına baxmayaraq, yenidən Azərbaycana qaytarılıb.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR