Paşinyanın arvadı da iştirak edib
Ermənistan Baş naziri Paşinyanın arvadı Anna Akopyanın təşəbbüsü və iştirakı ilə 25-31 avqust tarixlərində işğal olunmuş ərazilərimizdə yerləşən hərbi hissələrdən birində müxtəlif yaşlardan və ixtisaslardan olan qadınlar üçün hərbi təlim keçirilib. Kursların məqsədi hərbi həyatla tanış olmaq və hərbi bacarıqlara yiyələnmək olub.
Kurslara qatılan qadınlar yeddi gün hərbi həyat şəraitində yaşamış və gecəni hərbi hissədə keçirmişlər. Kurs müddətində iştirakçılar peşəkar şəkildə qazma, atəş açma, bədən tərbiyəsi, taktiki əsas və ilk tibbi yardım mövzularında 20-dən çox məşğələ keçiblər. Seperatçıların zabitləri tərəfindən aparılan təlimlərdə onlara döyüş meydanı ətrafında hərəkət etmək, müdafiə olunarkən döyüş sahəsindəki atəş mövqeyini dəyişdirmək, sursatı atəş altında hərəkət etdirmək və digər mövzularda praktik bacarıqlar öyrədilib.
Mənbə: a1plus.am
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət