Dərc edildi: Baxış sayı: 834
Qarabağa səfərlə bağlı bu məhdudiyyət aradan qaldırıldı
Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilkin mərhələdə tətbiq edilmiş ildə yalnız bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.
Ens.Az-ın məlumatına əsasən,bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.
Xatırladaq ki, yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət