Slimfit
  1. İDMAN

"Qarabağ"a qol vuran futbolçu Avropa Liqasının rəmzi komandasına daxil edilib

"Qarabağ"a qol vuran futbolçu Avropa Liqasının rəmzi komandasına daxil edilib
Sakura

Futbol üzrə Avropa Liqasında I turun rəmzi komandası müəyyənləşib

Futbol üzrə Avropa Liqasında I turun rəmzi komandası müəyyənləşib.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, heyətdə ilk turda "Qarabağ"ı 2:0 hesabı ilə üstələyən Portuqaliya "Sportinq"inin futbolçusu Rafinya da yer alıb. 22 yaşlı braziliyalı hücumçu Lissabondakı qarşılaşmada ilk qolun müəllifi olub.

Rəmzi komandaya, həmçinin "Qarabağ"ln qrup mərhələsindəki digər rəqibi İngiltərə "Arsenal"ının hücumçusu Pyer-Emerik Obameyanq da daxil edilib.

İlk turun rəmzi komandası:

Qapıçı: Denis Şerbitski (BATE, Belarus)

Müdafiəçilər: Yoakim Mele ("Genk" Belçika), Entso Roko ("Beşiktaş"), Aleksandr Martınoviç ("Krasnodar", Rusiya), Mikael Lustiq ("Seltik", Şotlandiya)

Yarımmüdafiəçilər: Rafinya ("Sportinq", Portuqaliya), Ever Baneqa ("Sevilya", İspaniya), Kay Haverts ("Bayer" Leverkuzen, Almaniya), İzet Hayroviç ("Dinamo" Zaqreb, Xorvatiya)

Hücumçular: Pyer-Emerik Obameyanq ("Arsenal", İngiltərə), Ben Yedder ("Sevilya", İspaniya)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR