Dərc edildi: Baxış sayı: 705
"Qarabağ"a Mahir Əmrəli şoku - Qurbanov açıqladı
Mahirin topuq hissəsi şişib, gördüyümüz qədər durumu yaxşı deyil.
Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sabah"la matçda zədələnən Mahir Əmrəli haqda deyib.
"Sabah rentgen müayinəsindən sonra dəqiq bilinəcək. Onun belə zədə almasını istəməzdik. Zədədən yeni qayıtmışdı və formasını bərpa edirdi. Ancaq futboldu, belə şeylərə hazır olmalıyıq", - Q.Qurbanov bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət