Slimfit
  1. TÜRKİYƏ

Qarabağa 500 xüsusi təyinatlı göndərən – Türk lider

Qarabağa 500 xüsusi təyinatlı göndərən – Türk lider
Sakura

Qarabağa 500 xüsusi təyinatlı göndərən – Türk lider

Bu gün türk dünyasının əfsanəvi simalarından Alparslan Türkeşin anım günüdür.

Kult.az xatırladır ki, Alparslan Türkeş 1917-ci il noyabrın 25-də o dönəm Osmanlı İmperiyasının tərkibində olan Nikosiya şəhərində anadan olub. İlk və orta təhsilini burada alıb. 1933-cü ildə, yeniyetmə ikən ailəsi ilə İstanbula köçüb.

Hərb aləminə böyük marağı olan Türkeş 1936-cı ildə Qülləli Əsgər Liseyinə qəbul olub. 1938-ci ildə Hərb Məktəbinin məzunu olub və kiçik leytenant rütbəsi ilə orduya qatılıb.

1969-cu ildə Milliyyətçi Hərəkat Partiyasını yaradan Türkeş bu tarixdən 1997-ci ilə qədər partiyaya sədrlik edib.

A.Türkeş həyatını türk millətinə və türk dünyasının maraqlarına xidmətə həsr edib. Türkçülüklə bağlı hədsiz xidmətlərinə görə ona Başbuğ adı verilib. O, türk milliyyətçi kəsimin (“Bozqurd”ların, ülküçülərin) mənəvi atası, ölməz lideri hesab olunur.

Alparslan Türkeş 1992-ci ildə Azərbaycana gəlib və o dönəm prezident seçkilərində namizəd olan Əbülfəz Elçibəylə görüşüb. Həmin vaxt Azadlıq meydanında keçirilən mitinqdə minlərlə insan A.Türkeşi “Bozqurd salamı” ilə qarşılayıb. Məlumata görə, Türkeş “Bozqurd işarəsi”ni məhz Bakıda öyrənib. Sonradan bu işarə MHP-nin əsas simvollarından birinə çevrilib.

Böyük Başbuğun Azərbaycana sevgisi təkcə dildə deyil, əməldə də öz əksini tapıb. Belə ki, Qarabağ döyüşlərinin getdiyi bir vaxtda – 1993-cü ildə o, “Rüzgar Birliyi”nin 500 xüsusi təyinatlı hərbçisini müharibəyə göndərib.

Türkeş sonrakı illərdə də Azərbaycana və xalqımıza böyük dəyər verib, onun haqq savaşını dəstəkləyib.

Qeyd edək ki, Alparslan Türkeş 1997-ci il aprelin 4-də infarktdan dünyasını dəyişib.

Böyük Başbuğu hörmətlə anırıq!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR