Slimfit
  1. CƏMİYYƏT

Qarabağ Xronikası: Xocalının gizli qalan həqiqətləri - VİDEO

Qarabağ Xronikası: Xocalının gizli qalan həqiqətləri - VİDEO
Sakura

Qarabağ Xronikası: Xocalının gizli qalan həqiqətləri - VİDEO

Baku TV-nin “Qarabağ xronikası” verilişinin 134-cü buraxılışı efirə gedib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Xocalı soyqırımının gizli qalan həqiqətlərindən bəhs edib.

F.İsazadə qeyd edib ki, şəhərə hücum dörd istiqamətdən həyata keçirilib:

“Əməliyyatı hazırlayan və ona rəhbərlik edən hərbi cani Arkadiy Ter-Tadevosyan olub. Plana əsasən, Xocalıya ilk zərbə Təzəbinə və Xankəndi istiqamətlərindən endirilməli idi. Xankəndidən irəliləyən silahlılara atəş dəstəyini isə SSRİ silahlı qüvvələrinin 366-cı motoatıcı alayı və 622 saylı kimyəvi hücumdan müdafiə əlahiddə taboru verməli idi.

152 mm-lik haubitsadan Xocalıya üç artilleriya zərbəsi əməliyyatın başlamasına siqnal olmalı idi. Amma topdan qeyri-müəyyən texniki səbəblərə görə atəş açmaq mümkün olmur. Əməliyyatın başlamasına ikinci siqnal isə əraziyə Xankəndi istiqamətindən dəmir yolu ilə gətirilən selitra yüklü vaqonun partladılması idi. O da baş tutmur... Bu səbəbdən əməliyyat planlaşdırıldığı kimi başlamır və Xocalı əhalisinə qarşı hücuma Mehdibəylidə mövqelənən cəlladlar keçirlər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR