Slimfit
  1. MEDİA

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolu” adlı monoqrafiya MEK-də

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolu” adlı monoqrafiya MEK-də
Sakura

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolu” adlı monoqrafiya MEK-də

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolu” adlı monoqrafiya MEK-də

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolu” adlı monoqrafiyası daxil olub.

Dəyərli nəşr Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunub.

Monoqrafiyada Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolu araşdırılıb, sosial-iqtisadi aspektləri işlənilib. Davamlı inkişafın təşkilində iqtisadi rayonların rolunun artırılması üzrə beynəlxalq təcrübə ümumiləşdirilərək ayrı-ayrı dünya ölkələrinin bu istiqamətdə fəaliyyət strategiyaları və prioritetləri öyrənilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaranması və sosial-iqtisadi inkişaf prosesləri təhlil olunub. Qarabağ iqtisadi rayonunun Azərbaycanın davamlı inkişaf proseslərində strateji rolu qiymətləndirilib. Şərqi Zəngəzur iqtisadi rayonunun Azərbaycanın davamlı inkişafında çoxfunksiyalı xüsusiyyətləri açıqlanıb.

Yeni çağırışlar şəraitində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolunun artırılması istiqamətləri müəyyənləşdirilib. Ulu Öndər Heydər Əliyevin Sovetlər Birliyi dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdə və keçmiş SSRİ-nin süqutundan sonra müstəqilliyimizin bərpasında, gücləndirilməsində, müstəqil dövlətçilik atributlarının formalaşdırılmasında və inkişaf etdirilməsində tarixi xidmətlərinə dair materiallar verilib.

Monoqrafiya elmi işçilər, tədqiqatçılar və mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Monoqrafiyada verilmiş materiallardan işğaldan azad olunmuş ərazilərdə yeni yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolunun artırılması üzrə daha səmərəli mexanizmlərin, fəaliyyət proqramlarının və strategiyalarının hazırlanmasında istifadə edilə bilər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR