Slimfit
  1. AZƏRBAYCAN

Qarabağ separatçıları Hindistanda - XİN-dən etiraz

Qarabağ separatçıları Hindistanda - XİN-dən etiraz
Sakura

Qarabağ separatçıları Hindistanda - XİN-dən etiraz

"Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin nümayəndələri xarici ölkələrdə keçirilən tədbirlərdə təcavüzkar Ermənistanın pasportları ilə qatılırlar".

Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Hindistanın RİS İnstitutu tərəfindən elm diplomatiyası mövzusunda təşkil edilən kursda Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı rejimin nümayəndəsinin iştirakı ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

"Lakin təşkilatçı qurumların vəzifələrinə, həmçinin tədbirdə iştirak edən şəxslərin tədbirlərin gündəliyindən sui-istifadə edərək hər hansı qeyri-qanuni təbliğatla məşğul olmalarına icazə verməmək daxildir. Hindistanın rəsmi mövqeyi bəllidir, bu həm ikitərəfli, həm də çoxtərəfli platformalarda hər zaman səsləndirilir. O ki qaldı RİS İnstitutunun təşkil etdiyi tədbirdə separatçı rejimin təşviq olunması cəhdlərinə, bu, Hindistan ərazisindən istifadə edərək qeyri-qanuni təbliğat cəhdindən başqa bir şey deyildir", - XİN rəsmisi bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR