Keçmiş döyüşçü Silahlı Qüvvələrə Yardım Fonduna maddi dəstək verdi
Rods Mebel adlı mebel mağazasının sahibi - fərdi sahibkar Daşdəmirov Rüstəm Daşdəmir oğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 3 min manat bağışlayıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə, peşəsindən və təşkilatından asılı olmayaraq, ölkənin hər bir vətəndaşı böyük məsuliyyət daşıyır. Cəbhə bölgəsində torpaqlarımızın azad edilməsi uğrunda şiddətli döyüşlər aparan Azərbaycan ordusuna dəstək çərçivəsində Qarabağ qazisi, müharibə veteranı Rüstəm Daşdəmirovun qeyd olunan addımı ən xoş sözlərə layiqdir. Ümid edirik ki, bu proses daha da geniş vüsət alacaq və ordumuza maddi dəstək göstərən şirkətlərin, fərdi sahibkarların sırası genişlənəcək.
Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli Fərmanı ilə Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, maddi-texniki bazasının möhkəmləndirilməsi və zəruri sosial tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə yaradılıb.
Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı qorunması və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Silahlı Qüvvələrin inkişafını təmin etmək, habelə hərbi qulluqçuların sosial müdafiəsini daha da gücləndirməkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət