Slimfit
  1. İDMAN

"Qarabağ" Polşa klubu ilə üz-üzə

"Qarabağ" Polşa klubu ilə üz-üzə
Sakura

"Qarabağ" Polşa klubu ilə üz-üzə

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" klubu bu gün növbəti yoxlama oyununa çıxacaq. SİA-nın məlumatına görə, Ağdam təmsilçisi Polşanın yüksək liqasında mübarizə aparan "Piast" klubu ilə qarşılaşacaq. Bu, "Qarabağ"ın qardaş ölkədə 3-cü sınağı olacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Bundan əvvəl Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə uduzan "Qarabağ" ikinci oyunda Çexiyanın "Bohemians" klubuna qalib gəlmişdi - 3:1.

Qeyd edək ki, "Qarabağ" 2014/15 mövsümündə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində də "Piast"la üz-üzə gəlib. Bakıdakı oyunda 2:1 hesablı qələbə qazanan ağdamlılar səfərdə 2:2 hesablı heç-heçə edərək, 3-cü mərhələyə vəsiqə qazanmışdı.

Yoxlama oyunu

23 yanvar

18:00. "Qarabağ" (Azərbaycan) - "Piast" (Polşa)
Antalya. "Gloria Sport Arena"

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR