Slimfit
  1. AZƏRBAYCAN

"Qarabağ münaqişəsi ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır" — Laura Kuper

"Qarabağ münaqişəsi ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır" — Laura Kuper
Sakura

"Qarabağ münaqişəsi ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır" — Laura Kuper

"ABŞ və Azərbaycan arasında terrorizm, narkotiklərin və kütləvi qırğın silahlarının yayılması da daxil olmaqla transmilli təhlükələrə qarşı aparılan ikitərəfli münasibətləri dərinləşdirmək vacibdir".

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, bunu Azərbaycanda səfərdə olan ABŞ müdafiə naziri müavininin müşaviri xanım Laura Kuper bildirib.

“Amerika Birləşmiş Ştatlarının müttəfiqləri ilə münasibətləri gücləndirməyə, tərəfdaşdıq əlaqələrinin möhkəmləndirməyə və vəzifələri paylaşmağa çalışdığımız zaman Azərbaycana bizim iki dövlət arasında olan əlaqələrin dərinləşməsi üçün göstərdiyi sadiqliyə görə minnətdarlıq bildirirəm”, - L.Kuper deyib.

O, Avropa və Asiya arasında strateji mövqeydə yerləşən Azərbaycana terrorizmə qarşı aparılan mübarizədə göstərdiyi vacib tərəfdaşlığa görə təşəkkür bildirib. ABŞ rəsmisi “Birləşmiş Ştatlar Azərbaycanın NATO-un Əfqanıstandakı missiyasına verdiyi uzun müddətli töhfələrini giymətləndirir” deyib.

Xanım Kuper qeyd edib ki, Azərbaycan mürəkkəb bir məkanda yerləşir. Bu yaxında biz Russiya tərəfindən Ukraynada beynəlxalq qanunu pozaraq Kerç Boğazından keçən su nəqiliyyatına qarşı etdiyi qanunsuz və əsassız təcavüsün sahidi olduq: "Ukrayna qəmilərinin evə qayıtdığı zaman beynəlxalq sularda hücuma məruz qalması Birləşmiş Ştatları dərindən narahat edir”.

Laura Kuper ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə olan öhdəliyini yenidən təkrarlayıb və münaqişənin həllinin gücün və təhdidlərin istifadə olunmaması, ərazi bütövlüyü, və insanların müqəddaratını müəyyən etmə hüququda daxil olmaqla Helsinki Yekun Aktına əsaslanmasını vurğulayıb.

Xatırladaq ki, Laura Kuper dekabrın 4-6 Bakıda səfərdə olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR