Slimfit
  1. MEDİA

“Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olub

“Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olub
Sakura

“Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) fəaliyyət göstərən “Qarabağ müharibəsi qəhrəmanları” fonduna nəşrlər toplanmaqda davam edir. Daxil olan nəşrlər fondu daha da zənginləşdirərək, tariximizin kitablar vasitəsilə gələcək nəsillərə ötürülməsi üçün olduqca böyük əhəmiyyət daşıyır. Fonda yeni daxil olan nəşrlər sırasında Qəzənfər Paşayevin “Xilaskarlar”, Rahil Məmmədin “Vətən oğlu”, həmçinin redaktoru Çinarə Ömray olan zəfər şəhidi baş leytenant Vüsal Kazımova həsr edilmiş “Vətən Vüsal dedi” adlı kitablar mövcuddur.

“Xilaskarlar” kitabında müəllif ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin və xalqımızın  tarixindəki mühüm rolundan bəhs edib.

Nəşrlər sırasında yer alan Rahil Məmmədin müəllifi olduğu “Vətən oğlu” adlı kitabda Azərbaycanın Milli Qəhrəmanı şəhid  Murad Mirzəyev haqqında poema və vətənpərvərlik mövzusunda şeirlər toplanıb.

“Vətən Vüsal dedi” adlı kitab Azərbaycan Ordusunun baş leytenantı, Vətən müharibəsi zamanı Füzuli əməliyyatında, Cəbrayıl uğrunda gedən döyüşlərdə, Xocavənd rayonunun və Şuşanın azad edilməsində qəhrəmancasına iştirak edərək şəhidlik zirvəsinə ucalan Vüsal Kazımov haqqındadır.

Qeyd edək ki, sözügedən nəşrlər MEK-in e-kataloquna daxil edilərək rəqəmsallaşdırılır.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR