Slimfit
  1. CƏMİYYƏT

Qarabağ müharibələrinin qara statistikası: 3961 ailə öz doğmalarını gözləyir

Qarabağ müharibələrinin qara statistikası: 3961 ailə öz doğmalarını gözləyir
Sakura

Qarabağ müharibələrinin qara statistikası: 3961 ailə öz doğmalarını gözləyir

Avqustun 1-nə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 961 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, itkin düşənlərdən 3 953 nəfəri Birinci Qarabağ müharibəsində, səkkiz nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir. Müraciətlərin davam etməsi bunun yekun statistika olmayacağını deməyə əsas verir.

Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində 1988-1993-cü illərdə 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfərdən çox azərbaycanlı hərbi əməliyyatlar dövründə öldürülüb, 50 min nəfərdən çoxu isə əlil olub.

I Qarabağ müharibəsi nəticəsində aralarında 71 uşaq, 267 qadın, 326 qoca olmaqla, itkin düşmüş 3890 azərbaycanlının, o cümlədən əsir və girov götürüldüyü müəyyən edilmiş 872 nəfərin (2020-ci il dekabrın 1-nə olan məlumata əsasən) sonrakı taleyi məlum deyil.

2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində isə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Lakin bu qələbə də itkilərsiz başa gəlmədi. Rəsmi məlumata görə, Vətən müharibəsi dövründə 2907 hərbi qulluqçumuz şəhid olub, 7 nəfər itkin düşüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR