Dərc edildi: Baxış sayı: 354
'Qarabağ' ispaniyalı futbolçu ilə müqaviləni uzadıb
"Qarabağ" klubu futbolçusu Miçel Madera ilə müqavilənin müddətini uzadıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı ispaniyalı yarımmüdafiəçi daha iki il Ağdam təmsilçisinin formasını geyinəcək. Miçel Qurban Qurbanovun baş məşqçi olduğu komandada 2015-ci ildən çıxış edir.
Qeyd edək ki, daha əvvəl Qara Qarayev və Rəşad Sadıqovla da müqavilə uzadılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət