Slimfit
  1. CƏMİYYƏT

Qarabağ iqtisadiyyatımıza ildə bu qədər qazandıracaq

Qarabağ iqtisadiyyatımıza ildə bu qədər qazandıracaq
Sakura

Qarabağ iqtisadiyyatımıza ildə bu qədər qazandıracaq

İşğaldan azad edilmiş ərazilərin qeyri-neft sektorundakı potensialı Azərbaycan iqtisadiyyatının 10 faizinin formalaşdırılmasına imkan verəcək.

Ens.az-ın məlumatına əsasən,bu sözləri Axar.az-a açıqlmasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, sözügedən ərazilərin iqtisadi potensialı olduqca böyükdür:

“İlkin qiymətləndirmələr onu göstərir ki, bu ərazilərin qeyri-neft sektorundakı potensialı Azərbaycan iqtisadiyyatının 10 faizinin formalaşdırılmasına imkan verəcək. Bu da ölkə iqtisadiyyatında 10 milyard manata yaxın yeni dəyər deməkdir. Nəzərə alaq ki, işğalaqədərki dövrdə həmin ərazilər aqrar potensialı ilə seçilirdi. Artıq həmin ünvanların iqtisadi imkanlarından sıx şəkildə istifadə olunur”.

Bayramov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə turizm və digər sektorlardan da böyük gözləntilər var:

 

“Həmin ərazilərdə aqrar sektorda üstünlük böyükdür, çünki torpaqlar məhsuldardır. Əkinçilik və heyvandarlıq Azərbaycan üçün geniş iqtisadi imkanlar yaradacaq. Ağdam və Füzulini bu yöndə xüsusi qeyd etmək olar. Ağdam ərazisinin 95 faizindən çoxu əkinə yararlıdır. Turizm xidmət sektorunda da gözləntilərimiz ümidvericidir. Bu, həm daxili, həm də gəlmə turizmin inkişafına böyük töhfə verəcək. Xidmət sektorunun inkişafı bu baxımdan vacib məqam hesab olunur. Gözlənilir ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanda növbəti mərhələdə qeyri-neft sektorunun inkafında yeni drayverə çevriləcək".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR