Slimfit
  1. AZƏRBAYCAN

Qarabağ icmasının sədri nüfuzlu sayta müsahibə verdi, Avropa Məhkəməsinin qərarını xatırlatdı

Qarabağ icmasının sədri nüfuzlu sayta müsahibə verdi, Avropa Məhkəməsinin qərarını xatırlatdı
Sakura

Qarabağ icmasının sədri nüfuzlu sayta müsahibə verdi, Avropa Məhkəməsinin qərarını xatırlatdı

“Bütün dünya ölkələri Azərbaycan Respublikasının qədim əraziləri olan Dağlıq Qarabağ və ona bitişik 7 inzibati bölgənin Ermənistan tərəfindən işğal olunduğunu qəbul edir. Lakin Ermənistan işğal siyasətini gizlətmək üçün “öz müqəddəratını təyinetmə” ifadəsindən istifadə etməyə çalışır. Öz müqəddəratını təyinetmə hüququ yüz minlərlə azərbaycanlıya qarşı aparılan işğal və etnik təmizləmələr, habelə Xocalı şəhərində olduğu kimi günahsız vətəndaşların öldürülməsi ilə izah edilə bilməz”.

Bu sözləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri, deputat Tural Gəncəliyev Moldova Respublikasının nüfuzlu locals.md saytına müsahibəsində deyib.

T. Gəncəliyev qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar müvafiq qətnamələr qəbul etsələr də, rəsmi İrəvan sənədlərə məhəl qoymur.

“1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalını tanıyan dörd qətnaməsi də münaqişənin hüquqi əsası kimi vacibdir. Təhlükəsizlik Şurası bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdi və Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı. Bütün bunlara əlavə olaraq ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Birliyi, NATO və s. daxil olmaqla çoxsaylı beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qətnamələr qəbul etdilər”, - deyə T.Gəncəliyev əlavə edib.

O, Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il tarixli “Çıraqov başqalarına qarşı” məhkəmə işində verdiyi qərardan da danışıb. Deyib ki, Avropa Məhkəməsi bu sənəddə Ermənistan Respublikasının işğal olunmuş Azərbaycan torpaqlarında insan hüquqlarının pozulmasına görə cavabdeh olduğuna qərar verib.

“Düşünürəm ki, bu sənədlərdən sonra işğalçı ölkənin kim olduğuna şübhə olmamalıdır”.

İcma rəhbəri müsahibəsində Dağlıq Qarabağın tarixi azərbaycan torpaqları olduğunu faktlarla qeyd edərək Ermənistan tərəfindən orda aparılan etnik təmizləmə siyasətini oxucuların diqqətinə çatdırıb.

Mənbə: Oxu.Az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR