“Qarabağ” I divizion üçün futbolçusunun qardaşını heyətinə qatıb
Oxu.Az xəbər verir ki, bu, əsas komandanın ispaniyalı futbolçusu Xayme Romeronun özündən altı yaş kiçik qardaşı Daniel Romerodur.
Sərbəst futbolçu kimi transfer olunan Daniel Romero Ağdam klubunun əvəzedici komandası üçün sifariş edilib. Artıq o, üç gün əvvəl əvəzedici komandaların da mübarizə apardığı I Divizionda “Qarabağ”ın rəqib meydanında “Zirə”ni 7:1 hesabı ilə darmadağın etdiyi oyunda ehtiyat oyunçular skamyasında yer alıb. Lakin baş məşqçi Azər Məmmədov ispaniyalı legionerin xidmətinə ehtiyac duymayıb.
23 yaşlı futbolçunun üç gün sonra I Divizionun 4-cü turu çərçivəsində Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında “Qarabağ” və “Səbail”in əvəzedici komandaları arasında keçiriləcək qarşılaşmasında debüt edəcəyi gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət