Dərc edildi: Baxış sayı: 854
"Qarabağ hansı yollasa həll edilsin, rahat yaşayaq..."
Ermənistan və “Qarabağ liderləri” arasında kifayət qədər ağır münasibətlər formalaşıb və “qoy hansısa yolla Qarabağ məsələsi həll edilsin, rahat yaşamağa başlayaq” düşüncəsinin olmasıyla bağlı təəssürat yaranır.
Axar.az xəbər verir ki, bunu Ermənistanın “Vernatun” ictimai-siyasi klubunun forumunda çıxışı zamanı onun təsisçisi Vazgen Manukyan söyləyib.
“Qərar “Ermənistan, Qarabağ və Azərbaycanı qane etməlidir” təklifini ilk dəfə Qorbaçov səsləndirib. Sonra çox sürətli şəkildə anladı ki, problem burada gizlənmir. Bəli, altında heç bir siyasi və milli fikir olmayan çox gözəl təklifdir. Ermənistan və Qarabağ nə istədiyini anlamalıdır”,- deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət