Slimfit
  1. MEDİA

Qarabağ əlillərinin nüfuzundan sui-istifadə edilir – Keçmiş döyüşçü

Qarabağ əlillərinin nüfuzundan sui-istifadə edilir – Keçmiş döyüşçü
Sakura

Qarabağ əlillərinin nüfuzundan sui-istifadə edilir – Keçmiş döyüşçü

Ötən gün Biləcəri qəsəbəsində Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları ilə Qarabağ əlilləri arasında meydana gələn insident cəmiyyətdə fərqli reaksiyalar doğurub.

Hadisə ilə bağlı Yenicag.az-a açıqlama verən hərbi-siyasi icmalçı Ramil Məmmədli bu kimi halların qəbuledilməz olduğunu bildirib:

“Qanunun icrasını həyata keçirən şəxslər müəyyən məsələlərə diqqətlə yanaşmalıdır. Bu hadisə onu göstərir ki, bəzi şəxslər bu reallığı nəzərə almırlar. Dövlət tərəfindən Qarabağ qaziləri və müharibədə döyüşən şəxslərə olan münasibət daim qiymətləndirilib.

Ölkə başçısının müharibə veteranlarının sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı atdığı addımlar bu cür hadisələr vasitəsilə kölgə altına salınır. Ona görə də bu insidentin baş verməsinə görə məsuliyyət daşıyan şəxslər tapılmalı və cəzalandırılmalıdır. Əks halda, belə xoşagəlməz hadisələrin sayı artacaq və sosial problem səviyyəsinə çatacaq”.

Qarabağ qazisi, Qazax Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavini, “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov isə baş verənlərə fərqli yanaşıb:

“Əlillər və Dövlət görəvliləri arasında baş verən insidentdən istifadə edərək, ölkədə qarışıqlıq salmaq istəyənlər var. Belə ki, bəzi “qazi”lər öz mənfəətləri üçün bu məsələdən yararlanmağa çalışaraq, məmurlara qarşı nifrət yaradırlar.

Həmin “qazi”lərin müraciətləri xaricdə yaşayan söyüş müxalifətinin bütün resursları tərəfindən yayılaraq, Azərbaycan dövlətinə qarşı istifadə olunur. Əminəm ki, bu məsələnin araşdırılması zamanı Azərbaycan Respublikasının güc strukturları dedyim halları ciddi şəkildə araşdıraraq, təxribatçıların məsuliyyətə cəlb olunmasını təmin edəcəklər”.

SOCAR-ın Mətbuat Xidmətindən məlum olayla bağlı saytımızın sorğusuna verilən cavabda şirkət əməkdaşlarının Qarabağ əlillərinə qarşı hər hansı zorakılığa yol verilmədiyi qeyd olunub:

“Boru kəmərinin təhlükəsizlik zonasına aid olan torpaq sahəsini zəbt etməyə cəhd göstərən bir qrup şəxs əlillərdən sui-istifadə edərək, onları qaydalara, qanunlara itaətsizlik göstərməyə, dövlət orqanlarına qarşı təxribata çağırmağa cəhd göstəriblər.

Belə ki, qanunsuz tikinti yerinə çağırılan əlillərin bu tikintiyə heç bir aidiyyati yoxdur. Aparılan araşdırmalar onu göstərir ki, bir qrup fırıldaqçı qanunsuz tikililərin aparılmasına himayədarlıq etmək məqsədi ilə əlillərdən, onların cəmiyyətdəki nüfuzundan sui-istifadə edirlər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR