Qarabağ əlilləri Bakıda tədbir keçirir
Bugünkü tədbirin əsas məqsədi bir qrup Qarabağ qazisinin müəyyən məsələlərlə bağlı bir yerə toplaşaraq, öz münasibətini bildirməsidir.
Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Çingiz Qənizadə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Qarabağ əlillərinin iştirakı ilə keçirilən tədbirdə jurnalislərə açıqlamasında deyib.
“1-2 gün əvvəl bəzi Qarabağ qaziləri mənə müraciət edib bildirdirlər ki, müəyyən qruplar bizi siyasi proseslərə cəlb etmək istəyirlər. Onlar dedilər ki, biz həmin qrupların bu cəhdlərini qətiyyətlə pisləyirik və hansısa qüvvələrin əlində alət olmaq istəmirik. Həqiqətən də bəzi qüvvələr baş verən hansısa hadisədən dövlətə, hakimiyyətə, Prezidentə qarşı istifadə etməyə çalışırlar”, - Ç.Qənizadə bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət