Slimfit
  1. SİYASƏT

Qarabağ danışıqlarında İrəvanın mövqeyi zəifləyir - Sarkisyanın partiyası

Qarabağ danışıqlarında İrəvanın mövqeyi zəifləyir - Sarkisyanın partiyası
Sakura

Qarabağ danışıqlarında İrəvanın mövqeyi zəifləyir - Sarkisyanın partiyası

Konstitusiya dəyişiklikləri ilə bağlı referendumun gündəliyi dağıdıcıdır.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Respublika Partiyasının yaydığı bəyanatda bildirilib. Keçmiş hakim partiyanın bəyanatda vurğulanıb ki, bütün məzmunu və proseduru ilə referendumun başlanması prosesi Ermənistan Konstitusiyasına və "Milli Assambleyanın reqlamenti" haqqında qanuna ziddir. Bunun hüquqi dövlətin qurulması və demokratiyanın möhkəmləndirilməsi ilə heç bir əlaqəsi yoxdur.

“Bu avantüranın yeganə məqsədi səssiz, itaətkar Konstitusiya Məhkəməsinin yaradılmasıdır ki, bu da Ermənistan vətəndaşlarının üzləşdikləri çoxsaylı real problemləri həll etməyəcək, eyni zamanda dövlətçiliyin məhv edilməsi istiqamətinə doğru növbəti addımdır. Referendumun gündəmi dağıdıcıdır. Bu, cəmiyyəti ən vacib problemlərdən yayındırmaq və hakimiyyətin uğursuzluqlarını gizlətmək üçün bir fürsətdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, konstitusiya dəyişiklikləri ilə bağlı referendum üçün təşviqat kampaniyasında iştirak etməyəcəyimizi bildiririk”, - deyə sabiq prezident Serj Sarkisyanın partiyası bəyan edib.

Həmçinin, qeyd edilib ki, beynəlxalq ictimaiyyətin reaksiyası Avropa Şurasının üzvü olan bir dövlət üçün prosesin uyğun olmadığını, Ermənistanın beynəlxalq nüfuzuna xələl gətirdiyini, nəticələrinin isə ölkənin milli gündəliyinin təşviqi və regional problemlərin ağırlaşması kontekstində ciddi olacağını göstərir. Həmçinin, referendum Dağlıq Qarabağ məsələsi üzrə danışıqlar prosesində ölkənin mövqeyini zəiflədir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR