“Qarabağ” Çempionlar Liqasının oyunları üçün sifariş vərəqini UEFA-ya göndərib
“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya təmsilçisi “Partizani” ilə oyunlar üçün sifariş vərəqini UEFA-ya göndərib.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 22 futbolçu yer alıb. Baş məşqçi Qurban Qurbanov 3 qapıçı, 7 müdafiəçi, 11 yarımmüdafiəçi və 1 hücumçu sifariş edib.
Qapıçılar: 12. Şahrudin Məhəmmədliyev, 13. Vaqner Silva, 94. Nicat Mehbalıyev
Müdafiəçilər: 3. Ailton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Məmmədov, 14. Rəşad Sadıqov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Donald Gerye
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 21. Hacıağa Hacılı
Hücumçu: 11. Mahir Emreli
Qeyd edək ki, “Qarabağ” “Partizani” ilə ilk oyununu iyulun 10-da səfərdə keçirəcək. Cavab qarşılaşması isə bir həftə sonra Bakıda olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət