Slimfit
  1. İDMAN

"Qarabağ" Azərbaycanı Qazaxıstan və Belarusa daha da yaxınlaşdırıb

"Qarabağ" Azərbaycanı Qazaxıstan və Belarusa daha da yaxınlaşdırıb
Sakura

"Qarabağ" Azərbaycanı Qazaxıstan və Belarusa daha da yaxınlaşdırıb

"Qarabağ" komandası UEFA reytinqində Azərbaycanın aktivinə daha 0,250 xal yazıb.

"Report"un məlumatına görə, bu, Avropa Liqasının III turunda Kipr APOEL-i ilə Bakıdakı 2:2 hesablı heç-heçə sayəsində mümkün olub. Nəticədə xallarını 18,500-ə çatdıran Azərbaycan "Astana"nın Hollandiyada AZ-yə 0:6 hesablı məğlubiyyəti ilə əlaqədar 18,750 xalla 25-ci pillədə qalan Qazaxıstanla fərqi daha da azaldıb. 18,875 xalla 24-cü yerdə gedən Belarusun isə avrokuboklarda təmsilçisi qalmayıb. Bu isə o deməkdir ki, qarşıdakı oyunlarda "Qarabağ" 1 qələbə və ya 2 heç-heçə edərsə, ən azı 1 pillə irəliləyəcək.

Qeyd edək ki, reytinq siyahısında ən böyük dəyişiklik xallarını 44,849-a çatdıran Portuqaliyanın 6-cı pilləyə yüksəlməsi və 43,883 xalı olan Rusiyanın 7-ci mövqeyə enməsi olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR