Dərc edildi: Baxış sayı: 420
“Qarabağ Azərbaycandır!” - Türkiyə XİN
Türkiyə xarici işlər naziri Hakan Fidan Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Can Azərbaycanın 8 Noyabr - Zəfər Gününü ürəkdən təbrik edirəm. Zəfərin üçüncü ildönümündə Qarabağ Azərbaycan bayrağı altında əmin-amanlığa qovuşmasının coşqusunu yaşayır. 44 günlük dastansəra mübarizəni zəfərlə taclandıran bütün qəhrəmanlarımızı şükranla, şəhidlərimizi ehtiramla yad edirəm. Qarabağ Azərbaycandır!”, - deyə paylaşımda qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət